20 may 2016-cı il tarixində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Görüşdən öncə cənab nazir Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olmuşdur. Görüşdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları da iştirak etmişlər. Onlar cənab nazirə qoruğun yaradılması, fəaliyyəti ilə bağlı məlumat vermiş və sonda öz təkliflərini irəli sürmüşlər. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonunda yerləşən “Abidələr parkında” olmuş və burada yaradılan tarixi, arxeoloji, memerlıq abidələri ilə yaxından tanış olmuşdur. Bütün bunlar bölgədə turizmin inkişaf etdirilməsinə və tarixi abidələrimizə marağı artırmağa xidmət edir.