Qoruq əməkdaşlarının və digər vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə ANAMA-nın Ağstafa rayon şöbəsinin əməkdaşları partlamamış hərbi sursatların təmizlənməsi işlərinə başlamışdırlar.

2016-cı ilin 9 mart tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılmış Ağstafa rayon “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yerləşdiyi ərazi sovetlər dönəmində SSRİ-nin Qafqazda ən böyük hərbi poliqonlarından biri olmuşdur. Hal-hazırda qoruq ərazisində partlamamış sursatlar qalmaqdadır. Qoruq əməkdaşlarının və digər vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə ANAMA-nın Ağstafa rayon şöbəsinin əməkdaşları partlamamış hərbi sursatların təmizlənməsi işlərinə başlamışdırlar. Hərbi sursatların təmizlənməsindən öncə həmin ərazidə yerləşən tarixi abidələrin, kurqanların qorunması məqsədi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ilə birlikdə kəşfiyyat işləri aparılaraq ANAMA-nın əməkdaşlarını məlumatlandırmışlar.

Spread the love