"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq"

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Şıxməmmədov Hikmət Azər oğlunun və Vəliyev Ayxan Kamil oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Şıxməmmədov Hikmət Azər oğlu və Vəliyev Ayxan Kamil oğlu Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şıxməmmədov Hikmət və Vəliyev Ayxan Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışlar. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Şıxməmmədov Hikmət və Vəliyev Ayxan ölümündən sonra “Vətən uğrunda”,”Cəsur döyüşçü”,”Şuşanın azad olunmasına görə” medalları təltif olunmuşlar.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love