“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq”layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Abdullayev Nihad Adil oğlunun və Əlizadə Xəyal Nəsrəddin oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Abdullayev Nihad Adil oğlu Ağstafa rayonunda, Əlizadə Xəyal Nəsrəddin oğlu Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Abdullayev Xocavənd döyüşləri zamanı, Əlizadə Xəyal isə Şuşa şəhəri istiqamətində şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Abdullayev Nihad ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, Əlizadə Xəyal “Vətən uğrunda”, Suqovuşanın azad olunmasına görə”,”Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Allah şəhidlərimizə rəhmət eləsin!