Ekspedisiyanın tədqiqat obyekti son olaraq qoruq ərazisində yerləşən Qarabığ və Saqqızlı və Karvan dərələri olmuşdur. Tədqiqatlar nəticəsində aşel dövrünə aid edilən daş məmulatları aşkarlanmış və qoruğun fonduna daxil edilmişdir.
Ekspedisiyanı Ceyrançöl ərazisində təqdiqat aparmağa cəlb edən əsas səbəb Ceyrançölün Mingəçevir və Dmanisi arealında yerləşməsi səbəbindən burada çoxlu sayda açıq yaşayış düşərgələrinin olmasıdır. Əldə olunan zəngin materiallara əsasən gələn ilin sentyabr-oktyabr ayları ərzində Qarabığ və Saqqızlı yaşayış düşərgələrində #arxeoloji qazıntıların, elmi tədqiqat işlərinin aparılması planlaşdırılır. Gözlənilən uzunmüddətli tədqiqatlardan mühüm nəticələrin əldə olunması ehtimalı yüksək qiymətləndirilir.