"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" layihəsi çərçivəsində

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Yusifli Azər Nazim oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, Azər Yusifli Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. Dövlət Sərhəd Xidmətinin baş giziri olan Azər Yusifli Vətən Müharibəsi zamanı 19 oktyabr 2020-ci il tarixində 27 ildən sonra ilk dəfə Zəngilan şəhərinə Azərbaycan bayrağı sancmışdır. Azər Yusifli Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” 3-cü dərəcəli medalı, “Cəbrayılın azad olunmasına görə” və “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love