"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" layihəsi çərçivəsində

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Məmmədli Fazil Razim oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki Məmmədli Fazil Razim oğlu Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məmmədli Fazil Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love