Rusiyalı alimlər Ceyrançöldə tədqiqat apararkən.

“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun yerləşdiyi Ceyrançöl düzənliyi ən qədim yaşayış izlərinə rast gəlinən ərazilərdən biridir. Burada aşkarlanmış Aşel dövrünə aid açıq yaşayış düşərgələri bunu deməyə əsas verir.
Qoruq yarandığı tarixdən bu günədək mütamadi olaraq elmi-tədqiqat və arxeoloji- qazıntı işləri aparılır. Bu tədqiqatların davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə Rusiyalı alimlər Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöl ərazində elmi tədqiqat və kəşfiyyat işləri aparmaq məqsədilə qoruq ərazisində olmuş və burada yerləşən yaşayış düşərgələrində kəşfiyyat xarakterli tədqiqat işləri aparmışlar. Tədqiqatlar nəticəsində iki yeni yaşayış düşərgəsi və 20-yə yaxın kurqan aşkarlanmışdır.Gələcəkdə bu sahədə tədqiqatların daha geniş və əhatəli şəkildə davam etdirilməsi hədəflənir.

Spread the love