"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" layihəsi.

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Piriyev Elşən Şəfalət oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, Piriyev Elşən Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Piriyev Elşən Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!


Spread the love