"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq" layihəsi

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Mehdizadə Qurban Aydın oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki Mehdizadə Qurban Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Mehdizadə Qurban Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra”Vətən uğrunda”medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love