AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov qoruğun inzibati binasında sərgilənən kiçik muzeylə tanış olmuş və qoruq əməkdaşları ilə birlikdə dəyirmi masa təşkil edilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2” adlı layihəyə start verilmişdir. İlk öncə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqu, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov qoruğun inzibati binasında sərgilənən kiçik muzeylə tanış olmuş və qoruq əməkdaşları ilə birlikdə dəyirmi masa təşkil edilmişdir. Daha sonra qoruq ərazisində olan arxeoloq, qoruq əməkdaşları ilə birlikdəq arxeoloji qazıntıların baş tutacağı Ceyrançuxur dərəsində geodezik ölçmə işləri aparmışdır. Layihədə iştirak edənlərin istirahət etməsi məqsədilə ərazidə qoruq əməkdaşları tərəfindən alaçıq qurulmuşdur. Layihənin keçirilməsində əsas məqsəd mədəni irsimiz olan Keşikçidağ mağaralar kompleksinin yerli və dünya ictimaiyyətinə daha geniş tanıdılması, Keşikçidağ adının elmi dövriyyəyə daxil edilməsidir.
 
 

Spread the love