Ağstafa rayonunun Xətai kəndi ərazisində yerləşən Neolit dövrünə aid “Çağrıtəpə” yaşayış düşərgəsində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun şöbə müdiri Nəcəf Müseyiblinin rəhbərliyi ilə 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılıb. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olmaq məqsədilə “Çağrıtəpə” yaşayış düşərgəsində olmuşlar. Qeyd edək ki, ərazidə aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir.


