"Keşikçidağ"

Dövlət tarix-mədəniyyət qoruğunun həyata keçirdiyi konfransda qonaqların ən çox marağına səbəb olanlardan biri də zəngin maddi-mədəniyyət nümunələrindən ibarət stendimiz oldu. Stenddə qoruğ ərazindən aşkarlanmış Xocalı-Gədəbəy mədəniyyətinin son tunc-erkən dəmir dövrünə məxsus artefaktlar ( tunc qılınc, obsidian və çaxmaqdaşından ox ucluqları, nukleaslar, tuncdan geyim aksessuarları və s.), Azərbaycan arxeologiyasında iz qoyacaq steatit daşından hazırlanmış slindrik möhür, döyüşdə yaralanaraq həlak olmuş qəbilə başçısının yaxın silahdaşı hesab edilən skletin çənə nahiyəsinə batıb qalmış “tuncdan ox ucluğu”, həmçinin o dövr insanlarının məişətdə, təsərüffatda istifadə etdiyi saxsı qablar( küp, çölmək və s.) nümayiş olunmuşdur. Bu əvəzsiz arxeoloji maddi-mədəniyyət nümunələri Keşikçidağ mağaralar kompleksinde məskən salmış ulu əcdadlarımızın həyatından, dünyagörüşündən, məişətindən xəbər verir.

Spread the love