Qoruğumuzun florasından

Keşikçidağ mağaralar kompleksinin olduqca zəngin florasına daxil olan meyvələrdən biridə adi əncirdir və yabanı halda bitir.

Azərbaycanda geniş yayılmışdır. Dünyada yayılan subtropik meyvəli bitkilər içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, təmlik, şirinlilik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir.

Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bundan başqa, əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır.

Spread the love