16 aprel 2025-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyəti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, “Keşikçidağ” və "Avey" Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə 18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş "Yeni elmi araşdırmalar, Qazax - Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları" mövzusunda elmi-praktiki seminar təşkil olunmuşdur.

16 aprel 2025-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyəti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Yeni elmi araşdırmalar, Qazax – Ağstafa bölgəsinin maddi mədəni irsi və Ağalıqtəpədə aparılmış elmi arxeoloji tədqiqatların ilkin yekunları” mövzusunda elmi-praktiki seminar təşkil olunmuşdur. Elmi-praktiki seminarın keçirilməsində əsas məqsəd bölgəmizin tarixini, mədəni irsini yaşatmaq və gənc nəslə təbliğ etməkdir. Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş elmi-praktiki seminarda Ağstafa rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialının, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşları, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi, bölgəmizdə o cümlədən qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlər, Ağstafa rayon ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tarix müəllimləri, Qazax-Ağstafa rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları və abidə mühafizəçiləri iştirak etmişlər.
İştirakçılar ilk öncə qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olmuşlar. Elmi-praktiki seminarı qoruğun direktoru Musa Mursaquliyev açmış, bu günün önəmindən, tarixi abidələrimizdən və Ölkə Prezidenti İlham Əliyevin tarixi abidələrə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Zaur Həsənov, Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedranın müdiri, professor-doktor Martin Gruber, əməkdar müəllim İndira Səmədova,”Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Lalə Yusifzadə çıxış edərək ölkəmizdə, bölgəmizdə, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən abidələrin tədqiq edilməsi, qorunması, gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlərdən bəhs etmişlər.
Elmi-praktiki seminarda bölgənin ən böyük təhsil ocaqlarından olan BDU-nun Qazax filialının dekan müavini, p.ü.f.d Mübariz Süleymanov qoruq ərazisində aparılmış arxeoloji yay məktəblərində tələbələrin iştirakından, birgə əməkdaşlığından, həmçinin buradan əldə olunan tarixi faktların əhəmiyyətindən bəhs etmişdir.

Spread the love