03.05.2025-ci il tarixində Gəncə şəhərindən olan bir qrup turist “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə ekskursiya etmişlər. Tur çərçivəsində qonaqlar Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlar və qoruğa məxsus informasiya ətrafında salınmış “Badam bağı”, “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalar, su quyuları, ərzaq anbarları ilə tanış olmuşlar. Qonaqlara qoruq əməkdaşları tərəfindən ətraflı məlumat verilmişdir.










