Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən və xüsusi rəmzi mənaya malik olan “Badam bağı” təbiətin oyanışı ilə birlikdə bu il də yenidən canlanaraq çiçəklənməyə və bar verməyə başlamışdır.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən və xüsusi rəmzi mənaya malik olan “Badam bağı” təbiətin oyanışı ilə birlikdə bu il də yenidən canlanaraq çiçəklənməyə və bar verməyə başlamışdır. Bu bağ sıradan bir yaşıllıq sahəsi deyil – o, Vətənimizin ərazi bütövlüyü uğrunda 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə baş vermiş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş igid oğullarımızın əziz xatirəsinə həsr olunmuşdur. Hər bir badam ağacı sanki şəhidlərin ölməz ruhuna ehtiramın nişanəsi kimi yüksəlir və onların müqəddəs xatirəsini yaşadır.
Həmçinin Keşikçidağ Kurqanlar Vadisində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış çoxsaylı maddi-mədəniyyət nümunələrinin — qədim məişət əşyaları, saxsı qablar, əmək alətlərinin çoxluğunu nəzərə alaraq qoruğa məxsus informasiya mərkəzində yaradılmış kiçik sərgi guşəsində nümayiş etdirilir. Bu guşə təkcə tarixi əşyaların toplusu deyil, həm də Keşikçidağda minilliklər boyunca mövcud olmuş insan fəaliyyətinin canlı sübutudur.

Spread the love