2 may 2025-ci il tarixində Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyi tərəfindən Qazax rayonunda "Uşaq İncəsənət Festivalı" həyata keçirilmişdir.

2 may 2025-ci il tarixində Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyi tərəfindən Qazax rayonunda “Uşaq İncəsənət Festivalı” həyata keçirilmişdir. Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu öz paviliyonu ilə iştirak etmişdir. Paviliyonda qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi nümayiş olunmuş, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna məxsus paviliyon iştirakçıların böyük marağına səbəb olmuşdur.

Spread the love