Keşikçidağ mağaralar kompleksinin daimi sakinlərindən biri də solpuqilərdir. Solpuqi- iri hörümçəkkimilər dəstəsinə daxildir, əsasən 50–70 mm, bəzən də 10–15 mm ölçülərində olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdədirlər. “Solpuqi” sözü latın dilindən tərcümədə “günəşdən qaçan”deməkdir.
Solpuqilər böyük sürətlə qaçır, şaquli səthə asanlıqla dırmanır, hətta 1m məsafəyə tullana bilirlər.
«Günəşdən qaçanlar” gecələr daha fəal olurlar. Gündüzlər isə müxtəlif yerlərdə—daşların altında, gəmiricilərin və digər heyvanların yuvalarında gizlənirlər. Lakin solpuqilərin günəş sevən növləri də vardır.”Günəşdan qaçanlar” əsasən həşəratlarla, qismən çoxayaqlılarla, hörümçəklərlə və s. ilə qidalanırlar. Solpuqilərdə zəhər vəziləri olmadığından insanlar üçün heç bir təhlükə yaratmırlar.