20 Yanvar Ümumxalq Hüzn günü ilə bağlı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda tədbir keçirilib. 1990-cı il 20 yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq Sovet ordusunun dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər xalqın yaddaşında silinməz izlər buraxmışdır. Hər il olduğu kimi bu il də “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Ağstafa şəhər şəhidlər xiyabanını ziyarət etmişlər,şəhidlərin məzarı önünə tər qərənfillər düzmüşlər. Qoruğun inzibatibinasında faciə ilə bağlı sənədli film nümayiş olunmuş, qoruğun əməkdaşları dərin hüznlə fikirlərini söyləmişlər. Vətənimizin azadlığı və süverenliyi uğurunda şəhid olanlara Allah rəhmət eləsin