Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Kurqanlar Vadisində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 6” layihəsinin praktiki işləri aparılır.

İşlərin ilk mərhələsi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi altında arxeoloji tədqiqatların aparılacağı kurqanlar müəyyənləşdirilmiş və qazıntı sahələrində ilkin təşkilati işlər görülmüşdür.
Eyni zamanda, arxeoloji ekspedisiya üzvlərinin və yay məktəbi iştirakçılarının sahə şəraitində rahat, təhlükəsiz fəaliyyətini təmin etmək üçün ilk olaraq alaçıqlar qurulmuşdur. Bu alaçıqlar iştirakçıların iş və istirahət mühitinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır və sahə işlərinin sistemli şəkildə davam etməsinə imkan verir.
Hazırda layihə çərçivəsində arxeoloji qazıntıların, elmi tədqiqatların və praktiki təlimlərin keçirilməsi üçün lazımi infrastruktur qurulmuş və arxeoloji qazıntı işləri davam etdirilir.

Spread the love