18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər günü"münasibətilə"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda yerləşən Ağalıqtəpə yaşayış məskəni ərazisinə elmi ekskursiya həyata keçirmişlər.

18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər günü”münasibətilə”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda yerləşən Ağalıqtəpə yaşayış məskəni ərazisinə elmi ekskursiya həyata keçirmişlər. Ekskursiya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent Şamil Nəcəfov və Almaniyanın Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor-doktor Martin Gruberin rəhbərliyi ilə aparılır. Ekskursiya zamanı bildirilib ki, Ağalıqtəpə yaşayış məskəni son tunc – erkən dəmir dövrünə aid olmaqla regionun qədim məskunlaşma tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir. Qoruq əməkdaşları tərəfindən abidənin arxeoloji xüsusiyyətləri, aparılmış qazıntı işləri və əldə olunmuş maddi-mədəniyyət nümunələri barədə geniş məlumat təqdim olunmuşdur.

Spread the love