18 aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə ölkənin bütün tarix-mədəniyyət qoruqlarında olduğu kimi, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda da açıq qapı günü təşkil olunmuşdur.

18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə ölkənin bütün tarix-mədəniyyət qoruqlarında olduğu kimi, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda da açıq qapı günü təşkil olunmuşdur. Açıq qapı günü çərçivəsində bir qrup ziyarətçi “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar.İştirakçılar ilk olaraq Keşikçidağ Kurqanlar Vadisində yerləşən arxeoloji abidələrlə tanış olmuş, daha sonra “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, həmin mağaraların divar və tavanlarında qorunub saxlanılmış freskalar, su quyuları və ərzaq anbarlarını yerindəcə müşahidə etmişlər. Ekskursiya zamanı ziyarətçilərə qoruğun zəngin arxeoloji irsi, abidələrin tarixi inkişaf mərhələləri, onların yaşayış, ibadət və təsərrüfat məqsədləri ilə istifadəsi, eləcə də mühafizəsi və elmi tədqiqi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, bu kimi təşəbbüslər mədəni irsin elmi əsaslarla öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsində olduqca əhəmiyyətlidir.

Spread the love