31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu tarix xalqımıza qarşı törədilmiş kütləvi qırğınların unudulmaması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.” Daha sonra qoruq əməkdaşları 1918-ci ilin mart hadisələrinin Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu qeyd etmiş, həmin dövrdə ölkəmizin müxtəlif bölgələrində dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qətliamların törədildiyini bildirmişlər. Qeyd olunmuşdur ki, 31 Mart faciəsi xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasətinin ağır təzahürlərindən biridir.

Spread the love