ELAN
2026-cı il 13–14 aprel tarixlərində Ağstafa şəhərində, Heydər Əliyev Mərkəzində AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İdarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun birgə təşkilatçılığı ilə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə, həmçinin görkəmli alim, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Gəncə–Qazax bölgəsinin arxeoloji və etnoqrafik tədqiqinin aktual problemləri” adlı elmi konfrans keçiriləcəkdir.
