4 mart 2026-cı il tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Novruz çərşənbələri və alaçıq mədəniyyəti: etnoqrafik perspektiv” mövzusunda onlayn elmi seminar keçirilmişdir. Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev və tarix-mədəniyyət qoruqlarının əməkdaşları iştirak etmişlər. Seminarda Novruz çərşənbələrinin və alaçıq mədəniyyətinin etnoqrafik xüsusiyyətləri, onların tarixdəki rolu və qorunması məsələləri müzakirə olunmuşdur. Tədbirin məqsədi Azərbaycanın mədəni irsini elmi əsaslarla öyrənmək və tanıtmaq olmuşdur.
