“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən Ağstafa rayonu “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Qazaxıstan Respublikasının “Ежелгі Тараз Abidələr” Dövlət tarix-mədəniyyət muzey-qoruğu ilə memorandum imzalanmışdır.