20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada 20 Yanvar faciəsi zamanı, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dəyirmi masada çıxış edən qoruq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsinin Azərbaycan xalqının milli yaddaşında daim uca tutulduğunu vurğulamış, bu faciənin ölkəmizin müstəqillik yolunda dönüş nöqtəsi olduğunu diqqətə çatdırmışlar. Daha sonra 20 Yanvar hadisələrinin törədilməsində əsas məqsədlər, tarixi-siyasi səbəblər və bu hadisələrin Azərbaycan cəmiyyətinin milli özünüdərk prosesinə təsiri ətrafında elmi müzakirələr aparılmışdır.
