"Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun iştirakı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunmuş “Müstəqil və Suveren Azərbaycan” adlı onlayn seminar keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun iştirakı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunmuş “Müstəqil və Suveren Azərbaycan” adlı onlayn seminar keçirilmişdir. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişdir. Seminar çərçivəsində Yaqub Məmmədov təqdimatında işğaldan azad olunmuş ərazilərdə aparılan arxeoloji tədqiqatların nəticələrinə geniş şəkildə toxunmuş, xüsusilə dünya əhəmiyyətli Azıx və Tağlar mağaralarında həyata keçirilmiş qazıntılar zamanı əldə olunmuş yeni elmi məlumatların regionun qədim insan məskunlaşması tarixinin öyrənilməsində mühüm rol oynadığını bildirmişdir. Qeyd edilmişdir ki, sözügedən ərazilərdə aşkarlanan maddi-mədəniyyət nümunələri Azərbaycanın paleolit dövrü üzrə tədqiqat bazasını daha da zənginləşdirir.


Spread the love