Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuna təşkil olunmuş ekskursiya çərçivəsində turistlər ərazi ilə yaxından tanış olmuşdur.

Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğuna təşkil olunmuş ekskursiya çərçivəsində turistlər ərazi ilə yaxından tanış olmuşdur. Səfər zamanı qonaqlar qoruğun ən diqqətçəkən məkanlarından biri olan İlham Əliyev adına zirvəyə doğru hərəkət edərək yolboyu yerləşən qədim mağaraları ziyarət etmişlər. Qeyd edək ki, bu mağaraların bir qismi relyef baxımından yüksəklikdə yerləşsə də, ziyarətçilər bələdçilərin müşayiəti ilə həmin ərazilərə rahat şəkildə qalxaraq mağaraların memarlığı, təbii quruluşu və divarlarında izləri qalmış qədim freskalarla yaxından tanış olmuş, bu unikal məkanda müxtəlif dövrlərə aid mədəni-tarixi qatların şahidi olmuşlar.

Spread the love