27 iyul 2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna təbliğat məqsədli ekskursiya həyata keçirmişdir. Ekskursiya zamanı qonaqlar qoruğun ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən qədim mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla yaxından tanış olmuşlar. Bu cür maarifləndirici səfərlər ictimaiyyətin “Keşikçidağ” abidələr kompleksinə olan elmi-mədəni marağını artırmaqla yanaşı, Azərbaycanın maddi-mədəni irsinin təbliğinə də mühüm töhfə verir.











