“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən həyata keçirilən "Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5" layihəsi elmi ictimaiyyət və gənc tədqiqatçılar arasında geniş maraq doğurmuşdur.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən həyata keçirilən “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5” layihəsi elmi ictimaiyyət və gənc tədqiqatçılar arasında geniş maraq doğurmuşdur. İsti yay mövsümündə aparılan arxeoloji qazıntı işləri ilə yaxından tanış olmaq məqsədilə bir neçə magistrant qoruğun inzibati binasında qonaq olmuşdur. Qeyd edilməlidir ki, gənc magistrantlar artıq ardıcıl olaraq beşinci ildir ki, adıçəkilən layihənin iştirakçıları sırasındadırlar və “Keşikçidağ” qoruğunda aparılan elmi-tədqiqat işlərinə fəal şəkildə qoşulurlar. Magistrantların iştirakı ilə baş tutan görüşdə AMEA.A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Umudlu və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlu da iştirak etmişlər. Görüş zamanı qoruğun ərazisində aparılan elmi arxeoloji tədqiqatların nəticələri, gələcək istiqamətləri və bu prosesə gənc tədqiqatçıların cəlb olunmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılmışdır.

Spread the love