Son dövrlər "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan elmi tədqiqatlar və arxeoloji qazıntılar geniş ictimai və elmi marağa səbəb olmuşdur.

Son dövrlər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan elmi tədqiqatlar və arxeoloji qazıntılar geniş ictimai və elmi marağa səbəb olmuşdur. Bu kontekstdə Bakı şəhərindən olan tanınmış ziyalılar, etnoqraflar və alimlər tərəfindən qoruq ərazisinə elmi tur təşkil olunmuşdur.
Səfərdə hal- hazırda bölgəmizdə elmi tədqiqat aparan AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Umudlu və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlu da iştirak etmişdir. Elmi turun əsas məqsədi qoruq ərazisində yerləşən tarixi və mədəni irs nümunələrinin — o cümlədən “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş qədim freskalar, su quyuları və ərzaq anbarlarının yerində öyrənilməsi olmuşdur. Səfər çərçivəsində iştirakçılar bu abidələrin mənşəyi, etnoqrafik xüsusiyyətlərini müzakirə etmiş, həmçinin gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar. Həmçinin gələcəkdə Ceyrançöl ərazisində genişmiqyaslı
etnoqrafik tədqiqatların aparılması, eyni zamanda bu tədqiqatların nəticələrinin təqdim olunacağı elmi konfransın təşkili nəzərdə tutulmuşdur.

Spread the love