4 iyul 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov və Vaqif Əsədov, eləcə də İnstitutun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanovun iştirakı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Elmi Şurasının növbəti iclası təşkil olunmuşdur.

4 iyul 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri – tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov və Vaqif Əsədov, eləcə də İnstitutun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanovun iştirakı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Elmi Şurasının növbəti iclası təşkil olunmuşdur. İclasa dosent Şamil Nəcəfov sədrlik edərək, “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi – 5” layihəsinin gedişi və əldə olunan nəticələr barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, layihə çərçivəsində həyata keçirilən arxeoloji araşdırmalar regionun qədim tarixinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Daha sonra çıxış edən dosent Vaqif Əsədov son dövrlərdə qoruq ərazisində yerli və xarici mütəxəssislərin iştirakı ilə aparılan elmi-tədqiqat və arxeoloji qazıntı işlərinin nəticələrinə diqqət çəkmiş, bu fəaliyyətlərin arxeologiya elminə verdiyi töhfələri vurğulamışdır.
İclas çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Elmi Şurasının qarşıdakı mərhələdə həyata keçirəcəyi fəaliyyət istiqamətləri, xüsusilə də arxeoloji qazıntılara dair elmi seminarların təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Spread the love