19.06.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin tələbələri “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihə çərçivəsində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar.

19.06.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin tələbələri “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihə çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar.
Gələcək tarixçilər və arxeoloqlar olan tələbələr qazıntı sahəsində aparılan elmi-tədqiqat prosesində iştirak etmiş, burada aşkarlanmış maddi-mədəniyyət nümunələrini – artefaktları yerindəcə müşahidə etmək imkanı qazanmışlar. Tədbir çərçivəsində iştirakçılara bölgənin qədim tarixini, mədəni irsini, arxeoloji abidələrini əhatə edən ustad dərs təqdim olunmuşdur. Alimlərin iştirakı ilə keçirilən bu dərsdə gənclərə elmi-tədqiqat fəaliyyətinin əsasları, arxeoloji metodologiyalar və gələcək fəaliyyət perspektivləri barədə ətraflı məlumat verilmişdir. Bu cür təşəbbüslər bölgə gənclərinin elmi biliklərinin artırılması, onların ali təhsil imkanlarının genişləndirilməsi və milli-mədəni irsin öyrənilərək gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Spread the love