Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihə uğurla davam etdirilir.
12 iyun 2025-ci il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi və əməkdaşları tərəfindən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə qoruq ərazisində aparılan arxeoloji qazıntılar yerində izlənilmişdir.
Səfər çərçivəsində qonaqlar “Yovşanlıdərə” kurqanlarında həyata keçirilən arxeoloji qazıntı prosesi ilə tanış olmuş, burada aşkar edilən maddi-mədəniyyət nümunələri və onların ilkin elmi təhlili barədə ərazidə fəaliyyət göstərən tədqiqatçılar tərəfindən ətraflı məlumat verilmişdir.







