Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi–5” layihəsi çərçivəsində Bakı şəhərindən bir qrup turist Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğununa elmi ekskursiya səfəri etmiş və burada arxeoloji qazıntıların aparıldığı “Yovşanlı dərə” ərazisinə baş çəkərək, tədqiqat prosesi ilə yaxından tanış olmuş, qədim kurqanların tədqiqi və aşkar edilən maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat almışlar. Ziyarət çərçivəsində və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov və qoruğun əməkdaşları turistlərin çoxsaylı suallarını cavablandırmış, qazıntılar zamanı əldə olunan elmi materiallar, onların tarixi əhəmiyyəti və bölgənin arxeoloji potensialı haqqında geniş məlumat vermişdir.









