10.05.2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup turist “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə ekskursiya etmişlər. Tur çərçivəsində qonaqlar “İlham Əliyev adına zirvə”, bu istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalar, su quyuları, ərzaq anbarları o cümlədən buranın əsrarəngiz təbiəti ilə də tanış olmuşlar. Qonaqlara qoruq əməkdaşları tərəfindən geniş məlumat verilmişdir.