20.11.2024-cü il tarixində "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov və AMEA Arxeologiya və Antropologiya İnstitutunun daş dövrü üzrə mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mənsur Mənsurovun iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

20.11.2024-cü il tarixində “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov və AMEA Arxeologiya və Antropologiya İnstitutunun daş dövrü üzrə mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mənsur Mənsurovun iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950metr cənubda, dəniz səviyyəsindən 320metr yüksəklikdə aşkarlanan və Paleolit dövrünə aid edilən “Candar göl paleolit tapıntı yeri” adlı ərazidə aparılmış elmi tədqiqatlardan bəhs olunmuşdur. Həmçinin bu ilin yay aylarında aparılmış tədqiqatlar nəticəsində əldə olunmuş qəlpə, lövhə və nukleuslardan ibarət maddi-mədəniyyət nümunələri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Spread the love