Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitunun birgə təşkilatçılığı ilə keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə davam etdirilir. 16.09.2024-cü il tarixində “Avey”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə aparılan qazıntılarla daha yaxından tanış olmaq məqsədilə qoruq ərazisində olmuşlar. Qonaqlar Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntı işləri və əldə olunan maddi-mədəniyyət nümunələri ilə tanış olmuş, ərazidə tədqiqat aparan alimlər tərəfindən ətraflı məlumatlandırılmışlar.