“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitututunun birgə təşkilatçılığı ilə aparılan “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihənin ilkin gedişatına həsr olunmuş dəyirmi masa keçirilmişdir. “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında təşkil olunmuş dəyirmi masada AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Əsədov və bərpaçı-rəssam Fərhad Fərmanov iştirakı etmişlər. Dəyirmi masada ilk öncə qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi -4” adlı layihənin əhəmiyyətindən danışmışdır. Daha sonra qazıntılara rəhbərlik edən alimlər Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılan arxeoloji tədqiqatlardan bəhs etmişlər.





