Qoruq ərazisində yerləşən Keşikçidağ kurqanlarında AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə 2 istiqamətdə arxeoloji qazıntılar davam etdirilir. Arxeoloji qazıntıların həyata keçirilməsində əsas məqsəd Keşikçidağ kurqanları adının elmi dövriyyədə istifadəsini genişləndirmək, kurqanların beynəlxalq arenada tanıdılması və ərazinin tarixinin müəyyən edilməsidir.




