Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Bu əlamətdar gün münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa rayon Hüseyn Arif adına ev muzeyi, Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa Dövlət Rəsm Qalereyasını və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə tədbir təşkil olunmuşdur. Tədbirdə qoruğun direktoru Musa Mursaquliyev də çıxış edərək bu günün əhəmiyyətindən danışmış, tarixi abidələrin, muzeylərin, eksponatların qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamış, digər idarə rəhbərləri isə bu gün haqqında öz məlumatlarını paylaşmışlar. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun pavilionunda nümayiş olunan, ərazidən arxeoloji qazıntılar nəticəsində əldə olunmuş artefaktlardan və çap məhsullarından ibarət sərgi tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmış, əməkdaşlar tərəfindən qonaqlara geniş məlumat verilmişdir.