01.12.2023-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Qarasoy kurqanlarında aparılmış arxeoloji qazıntılardan” adlı onlayn seminar keçirilmişdir.

01.12.2023-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Qarasoy kurqanlarında aparılmış arxeoloji qazıntılardan” adlı onlayn seminar keçirilmişdir. Seminarda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişdir. “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 3″adlı layihə çərçivəsində Qarasoy 1 və 2 saylı kurqanlarda aparılmış arxeoloji qazıntı işlərindən, əldə olunmuş nəticələrdən, maddi-mədəniyyət nümunələrindən bəhs olunan seminarın sonunda Şamil Nəcəfov iştirakçıların suallarını cavablandırmışdır.

Spread the love