“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənmiş 2023-cü il iş planına uyğun olaraq qoruq ərazisində mütamadi olaraq yerli və xarici mütəxəssislərin iştirakı ilə elmi tədqiqat işləri aparılır.
Bu elmi tədqiqatlara əsasən “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitunun daş dövrü üzrə mütəxəssisi, dosent, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada qoruq əməkdaşları ilə qarşılıqlı fikir mübadiləsi aparılmışdı. Müzakirə zamanı qoruq ərazisində 2024-cü ildə aparılacaq elmi tədqiqatlar, onun prespektivləri, daş dövrü üzrə Rusiyalı alimlərlə birgə hansı ərazilərdə arxeoloji qazıntıların aparılacağı, məkanın seçilməsi, gələcək hədəflər və hansı istiqamətdə fəaliyyətin intensivləşdirilməsindən bəhs olunmuşdur.