AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun bir qrup alimləri Qərb bölgəsinə səfərləri çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında və qoruq ərazisində olmuşlar. Qonaqlar ilk öncə qoruğun inzibati binasında yaradılmış kiçik muzey tipli stenddə sərgilən, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş zəngin artefaktlarla tanış olmuş, dəyirmi masa ətrafında “Albanşünaslıq və alban abidələri” mövzusunda qarşılıqlı fikir mübadiləsi aparmışlar. Daha sonra əməkdaşlar Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla, ehtiyat ərzaq anbarları, su quyuları, sonda isə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-3″adlı layihə zamanı Qarasoy 1 və 2 saylı kurqanlarında aparılmış arxeoloji qazıntı işləri ilə yaxından tanış olmuşlar.