28.08.2023-cü il tarixində “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu tərəfindən Damcılı yaşayış düşərgəsində aparılmış elmi tədqiqat işlərinin yekunları və görkəmli alim Məmmədəli
Hüseynovun 100 illiyi münasibətilə “Damcılı mağara düşərgəsində aparılan arxeoloji tədqiqatların 70 illiyi ilə bağlı” keçirilən elmi seminarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi də iştirak etmişdir. Bölgəmizdə aparılan elmi tədqiqat işlərinin öyrənilməsi və qoruqlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə iştirak edilən elmi seminarda Azərbaycan paleontologiyası məktəbinin banisi, Damcılı yaşayış düşərgəsinin ilk tədqiqatçılarından biri M.M.Hüseynovun burada apardığı arxeoloji qazıntılardan, əldə etdiyi qiymətli məlumatlardan və maddi-mədəniyyət nümunələrindən bəhs edilmişdir. Qeyd edilmişdir ki, ötən əsrin ortalarında görkəmli arxeoloq tərəfindən aparılmış elmi tədqiqat işləri bu gün də yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə davam etdirilir, yeni mədəni təbəqələr və arxeoloji tapıntılar əldə olunur.