Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bölgədə aparılan arxeoloji qazıntılarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları daim iştirak edir və bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bölgədə aparılan arxeoloji qazıntılarda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları daim iştirak edir və bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılır. Belə tədqiqatların biri də 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Yaponiya Tokio Muzey İnstitutu arasında bağlanmış üçtərəfli memorandumun şərtlərinə əsasən Damcılı mağarasında həyata keçirilən qazıntılardır. 22.08.2023-cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da tədqiqatlarla yaxından tanış olmaq məqsədilə qazıntılarda olmuşlar. Burada tədqiqat aparan alimlər bildirmişlər ki, 1950-53-cü illərdə Damcılı mağarasında M.M.Hüseynov və S.N.Zamyatin , 1955-58-ci illərdə M.Hüseynov tərəfindən burada qazıntılar aparılmış və mədəni təbəqələr aşkarlanmışdır. 70 ildən sonra burada qazıntılar yenidən davam etdirilir.
Ekspedisiya üzvləri daş dövründə ilk insanların yaşaması üçün əlverişli münbit şəraitdən danışmış, qoruq əməkdaşlarının sualları cavablandırılmış və xüsusi vurğulanmışdır ki, Damcılı yaşayış düşərgəsi Qafqazda yeganə ərazilərdən biridir ki, buradakı mədəni təbəqələr qarışmamış, öz ardıcıllığı ilə qorunub saxlanılmışdır. Daha sonra qoruq əməkdaşları buradakı tapıntılarla , artefaktlarla tanış olmuşlar. Həmçinin arxeoloqlar qeyd etmişlər, buradakı qazıntılar bu sahədə fəaliyyət göstərən əməkdaşlar, gənc tarixçilər və magistrlar üçün qiymətli mənbələrdir.

Spread the love