Qoruq ərazisindəki elmi tədqiqatların daha sistemli aparılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə qoruğun Elmi Şurası yaradılmışdır.

Son dövrlər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində multidissiplinar tədqiqatlar- elmi-arxeoloji qazıntılar, memarlıq abidələri, dini abidələr, dekorativ sənət nümunələri və digər abidələr üzərində yerli və xarici mütəxəssislər tərəfindən aparılır. Bunların nəticəsi olaraq xarici ölkələrdə qoruğun məqalələri çap olunur. Qoruq ərazisindəki elmi tədqiqatların daha sistemli aparılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə qoruğun Elmi Şurası yaradılmışdır.
Elmi Şuranın ilk iclası 21.08.2023-cü ildə baş tutmuş, Elmi Şuranın üzvü, tarix elmləri namizədi, BDU-nun dosenti, qoruğun baş elmi işçisi Yunis Nəsibli onlayn şəkildə qoşulmuş,
BDU-nun Qazax filialının professoru, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, Elmi Şuranın digər üzvləri isə dəyirmi masa ətrafında toplaşmışlar.
İlkin olaraq 4 məsələ Elmi Şuranın müzakirəsinə çıxarılmışdır.
1. Qoruğa məxsus fotoablomun çap olunması, dizaynı və digər məsələlər;
2. “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-3” adlı layihənin baş tutmasından irəli gələn məsələlər, qazıntıların aparılacağı ərazinin seçilməsi, könüllülərin daşınması, qarşıya qoyulan hədəflər;
3. Təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olan jurnalın buraxılması;
4. Bölgədə aparılacaq elmi tədqiqatlara dair beynəlxalq elmi-praktik seminarın keçirilməsi
Qeyd edək ki, Elmi Şuranın ilk iclası məhsuldar keçmiş, məsələlərin hər biri ayrı-ayrılıqda müzakirəyə çıxarılmış və yekun qərarlar qəbul olunmuşdur.

Spread the love