1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə təşkil olunmuş ekskursiyadan videogörüntüləri təqdim edirik.
Ekskursiya çərçivəsində iştirakçılar qoruğun ərazisində yerləşən tarixi, arxeoloji və mədəni irs nümunələri ilə yaxından tanış olmuş, bölgənin zəngin tarixi keçmişi, qədim yaşayış məskənləri, mağara kompleksləri və digər abidələr haqqında ətraflı məlumat əldə etmişlər. Tədbirin əsas məqsədi uşaqlarda milli-mədəni irsə marağın artırılması, tariximizin və mədəni dəyərlərimizin təbliği, onların tarixi abidələr haqqında biliklərinin zənginləşdirilməsi, eləcə də vətənpərvərlik hisslərinin gücləndirilməsi olmuşdur. Belə maarifləndirici ekskursiyalar gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının formalaşdırılmasına, mədəni irsimizin qorunmasının vacibliyinin aşılanmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir.
